UEFA-dan “Dnepr”ə sərt cəza
UEFA ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubunu cəzalandırıb.

Dnepropetrovsk təmsilçisi Avropa Liqasının qrup mərhələsinin iki ev oyununu azarkeşsiz keçirəcək.

Ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsində "Napoli" ilə keçirilən oyundan sonra Ukrayna klubunun azarkeşləri meydançaya girərək komandalarının finala çıxmasını bayram ediblər. Azarkeşlərin qaydalara zidd hərəkətləri “Dnepr”in cəzalanmasına səbəb olub.

Miron Markeçivin komandası “Latsio” və “Sent Etyen”lə ev oyunları boş tribunlar önündə keçirəcək.

Xəbər 689 dəfə oxundu.