İFFHS-in qiyməti: PFL zəif işləyir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 25 illiyin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, qurum 1987-ci ildən başlayaraq hər il keçirdiyi sorğuların nəticələrinin yekununu tərtib edib.

Siyahıya 191 xalı olan italiyalı Pyerluici Kollina başçılıq edir.O, almaniyalı Markus Merkdən cəmi 7 xal öndədir. Danimarkalı Kim Milton Nilsen isə 159 xalla 3-cü pillədə qərarlaşıb.

Ümumilikdə dünyanın 151 ədalət təmsilçisinin yer aldığı cədvəldə Azərbaycan hakimlərindən heç kim düşməyib. Hərçənd Qvatemala, Suriya, Küveyt kimi ölkələr də İFFHS-in siyahısında yer alıb.

Xəbər 934 dəfə oxundu.