“Qarabağ” və “Qəbələ”nin rəqiblərinin növbəti sınağı
“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bu gün ölkə çempionatında növbəti oyunlarını keçirəcək.

“Qəbələ”nin hər üç rəqibi bu gün meydana çıxacaq.

“Krasnodar” səfərdə Moskva “Lokomotiv”inin qonağı olacaq. “Donrtmund” “Borussiya”sı öz meydanında “Herta”nı sınağa çəkəcək. PAOK isə Yunanıstan superliqasının II turunda “Giannina”nın qonağı olacaq.

“Qarabağ”ın rəqiblərindən “Anderlext” və “Monako" növbəti sınağına çıxacaq. Belçika təmsilçisi ölkə çempionatının 6-cı turunda səfərdə “Vesterlo” ilə qarşılaşacaq. “Monako” isə son Fransa çempionu PSJ-ni qəbul edəcək.

Ağdam klubunun digər rəqibi “Tottenhem” isə ötən gün İngiltərə Premyer Liqasının 4-cü turunda “Everton”la heç-heçə edib – 0:0.


30 avqust


Rusiya Premyer Liqası, VII tur

15:30.“Lokomotiv” (Moskva) – “Krasnodar”


Almaniya Bundesliqası, III tur

18:30.“Borussiya” (Dortmund) – “Herta”


Belçika yupilerliqası, 6-cı tur

21:00.“Vesterlo” – “Anderlext”


Yunanıstan superliqası, II tur

23:30.“Giannina” - PAOK


Fransa Liqası, IV tur

00:00.“Monako” – PSJ

Xəbər 752 dəfə oxundu.