Qarabağın futbolçusu milli komandaya dəvət olundu
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya yığmasına dəvət olunub. Onun komandasını AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Danimarka və Portuqaliya ilə oyunlar gözləyir.

"Qarabağ"ın müdafiəçisi sentyabrın 4-də danimarkalılara, ayın 7-də isə portuqaliyalılara qarşı oynaya bilər.

Xəbər 707 dəfə oxundu.