“Qarabağ”ın futbolçusu milli komandaya dəvət olundu
"Qarabağ"ın futbolçusu Ansi Aqolli yenidən Albaniya yığmasına dəvət olunub.

33 yaşlı müdafiəçi “AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində Danimarka və Portuqaliya ilə keçiriləcək oyunlar üçün milliyə dəvət çağırılıb.

Qeyd edək ki, Albaniya yığması sentyabrın 4-də Danimarka 7-də isə Portuqaliya ilə qarşılaşacaq.

Xəbər 692 dəfə oxundu.