Bədavi Hüseynov: "Çox çətin qrupa düşmüşük"
UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ” J qrupunda mübarizə aparacaq.

Ağdam təmsilçisi "Tottenhem”, "Anderlext” və "Monako” ilə eyni qrupda yer alıb.

Dünən atılan püşklə bağlı çempionumuzun müdafiəçisi Bədavi Hüseynov UEFA-nın rəsmi saytına açıqlama verib: "Çox çətin qrupa düşmüşük. Bütün rəqiblərimiz olduqca tanınmış və güclü komandalardı. Bu cür oyunlar bizə əvəzsiz təcrübə qazandıracaq. Çalışacağıq ki, Azərbaycanı layiqincə təmsil edək və qrupu bacara bildiyimiz qədər yüksək pillədə bitirək”.

Xəbər 733 dəfə oxundu.