“İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” Avropa Konvensiyasına qoşulmaq barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası “İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” 1985-ci il 19 avqust tarixli Avropa Konvensiyasına qoşulsun.

2. Bu qanun imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 1999-cu il.

Xəbər 3174 dəfə oxundu.