"Anderlext"in baş məşqçisi: "Qarabağ"ı dəyərləndirməyə bilmərik"
"Məqsədimiz qış fasiləsindən sonra da Avropa Liqasında mübarizəni davam etdirməkdir. Yəni, qrup mərhələsini adlayaraq 1/16 finala vəsiqə qazanmaq istəyirik".

Bu sözləri "Anderlext"in baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

43 yaşlı mütəxəssis qrupdakı rəqiblərindən olan "Qarabağ" haqda müsbət fikirlər səsləndirib: "Çətin bir qrupa düşdük. Yaxşı komandalarla qarşılaşacağıq. Təbii ki, "Qarabağ"ı dəyərləndirməyə bilmərik. Çoxları bu komandanın kiçik klub olduğunu düşünür. Ancaq onlar Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"ə çətin anlar yaşadıblar. Bu səbəbdən onlara qarşı oyunların asan keçməyəcəyini düşünürəm".

Qeyd edək ki, J qrupunda qərarlaşan "Anderlext" "Qarabağ" (Azərbaycan), "Tottenhem" (İngiltərə) və "Monako" ilə mübarizə aparacaq.

Xəbər 877 dəfə oxundu.