Qarabağın rəqibi Mançester Siti və Realdan futbolçu aldı
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Monako" komandası heyətini iki futbolçu ilə gücləndirib. Sözügedən klub Madrid "Real"ının (İspaniya) üzvü Fabio Koentrao ilə "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Roni Lopesi transfer edib.

Koentrao mövsümün sonunadək bu klubda icarə əsasında top qovacaq. Onun 19 yaşlı həmyerlisi isə transfer hüququ ilə birgə alınıb. Son mövsümü icarə əsasında Fransanın "Lill" klubunda keçirmiş oyunçu ilə 2020-ci ilədək müqavilə imzalanıb.

Xəbər 764 dəfə oxundu.