Neftçi FİFA-ya müraciət etdi
"Neftçi" Cavid İmamverdiyev məsələsi ilə bağlı FİFA-ya müraciət edib. Paytaxt klubu sabiq yarımmüdafiəçisini geri qaytarsa da, onu sifariş edə bilmir.

Buna səbəb ötən mövsüm futbolçunun icarə əsasında çıxış etdiyi Türkiyənin "Elazığspor" klubu ilə problemlərini tam yoluna qoymamasıdır. Bakılılar isə FİFA-nın vasitəsilə türklərin Cavidi sərbəst buraxmasına çalışırlar.

Qeyd edək ki, futbolçu hazırda ötən mövsüm Türkiyədə aldığı zədəsini sağaltmaqla məşğuldur.

Xəbər 679 dəfə oxundu.