"Atletiko" hücumçu aldı
"Atletiko" növbəti transferini həyata keçirib.

Madrid təmsilçisi Kalinin "Deportivo" klubunda oynayan Rafael Santos Borreni heyətinə cəlb edib. Kolumbiyalı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

"Atletiko" yeni transferini icarəyə göndərməyə qərar verib. O, bu mövsümün sonuna kimi icarə əsasında sabiq klubu "Deportivo"da çıxış edəcək.

Xəbər 701 dəfə oxundu.