Robert Prosineçki daha dörd futbolçudan imtina etdi
Azərbaycan yığma komandası AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçirəcəyi oyunlara hazırlığı davam etdirir. Bu arada millinin baş məşqçisi Robert Prosineçki daha dörd futbolçunun xidmətindən imtina edib.

Belə ki, xorvatiyalı mütəxəssis Ürfan Abbasov, Nurlan Novruzov, Rəhman Hacıyev və Seymur Əsədovu yığmamızın heyətindən kənarlaşdırıb. Nəticədə, komandamız qarşıdakı oyunlara 25 futbolçu ilə hazırlaşmalı olacaq. Lakin istisna deyil ki, onların da arasında düşərgəni tərk edənlər olsun.

Maraq üçün xatırladaq ki, Prosineçki daha öncə atası vəfat edən Elvin Məmmədovu millinin toplanışından azad etmişdi.

Xəbər 722 dəfə oxundu.