Anyete: Neftçinin oyunçusu olduğum üçün qürur duyuram
"Neftçi"nin yeni transferi Anyete Azərbaycan komandasına keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib. O, bunları söyləyib:

“Çox xoşbəxtəm. Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram. Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridir. Harada olduğumu anlayıram. Bu mənim üçün yeni təcrübədir. Burada olduğum üçün qürur hissi keçirirəm. Azarkeşlərin mənim komandada olmağımdan özlərini xoşbəxt hiss etmələri üçün əlimdən gələni edəcəyəm”.

Xəbər 751 dəfə oxundu.