"Qarabağ"ın rəqibi "Everton"a qarşı
İngiltərə Preyer Liqasında 4-cü turun oyunları keçirilir.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" bu gün növbəti matçına çıxacaq.

London təmsilçisi doğma meydanda "Everton"u sınağa çəkəcək. Keçirdiyi 3 oyundan cəmi 2 xal toplayan "Tottenhem" bu görüşdə qələbə qazanmaqla turnir cədvəlində irəliləməyə çalışacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada geridə qalan 3 turdan sonra 2 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.




29 avqust

İngiltərə Premyer Liqası, 4-cü tur

21:30. "Tottenhem" - "Everton"

Xəbər 702 dəfə oxundu.