Eyni rəqiblə növbəti heç-heçə
Ukraynada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq görüşünü keçirib.

Ukraynalı həmyaşıdları ilə qarşılaşan yığmamız heç-heçə edib – 1:1.

Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq görüşü 0:0 hesabı ilə başa çatmışdı.

AZƏRTAC

Xəbər 690 dəfə oxundu.