"Qəbələ" PAOK-la başlayıb "Krasnodar"la bitirəcək
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qəbələ"nin oyunlarının təqvimi müəyyənləşib.

C qrupunda yarışacaq Roman Qriqorçukun komandası ilk oyununu sentyabrın 17-i doğma meydanda PAOK-a qarşı keçirəcək.

17 sentyabr: "Qəbələ" - PAOK (Yunanıstan)

1 oktyabr: "Krasnodar" (Rusiya) - "Qəbələ"

22 oktyabr: "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya)

5 noyabr: "Borussiya" - "Qəbələ"

26 noyabr: PAOK - "Qəbələ"

10 dekabr: "Qəbələ" - "Krasnodar"

Xəbər 708 dəfə oxundu.