"Qarabağ"ın yeni rəqibi hücumçu aldı
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" növbəti transferini gerçəkləşdirib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu "Bayer"də (Leverkuzen) oynayan Son Xın Mini heyətinə cəlb edib. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. S.X.Min yeni klubunda 7 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Britaniya mətbuatı bu transfer üçün "Tottenhem"in "Bayer"ə 22 milyon funt sterlinq ödədiyini yazıb.

Xəbər 725 dəfə oxundu.