"Rəqiblərimizin hər biri təhlükəlidir" – Antonov
"Avropa Liqasında qrupa düşməklə istəyimizə nail olduq. Bu mərhələdə çox güclü və məşhur klublarla qarşılaşacağıq".

Bu sözləri "Qəbələ"nin futbolçusu Aleksey Antonov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Ukraynalı futbolçu hər üç rəqiblərinin təhlükəli olduğunu bildirib: "Bizi qarşıda 6 maraqlı oyun gözləyir. Həmin görüşlərin hamısı bizim üçün eynidir. Yəni, bütün qarşılaşmalar önəmlidir. Rəqiblərimizin hər üçü təhlükəlidir və onların hər birinə hörmətlə yanaşırıq".

Qeyd edək ki, C qrupunda mübarizə aparacaq "Qəbələ" "Borussiya" (Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) klubları ilə qarşılaşacaq.

Xəbər 722 dəfə oxundu.