Qazaxıstanda cüdo üzrə dünya çempionatının beşinci günündə Azərbaycan idmançıları medalsız qaldılar
Bu gün, avqustun 28-də Astanada (Qazaxıstan) cüdo üzrə dünya çempionatının beşinci günüdür.

Turnirin beşinci günündə 90 kq çəki dərəcəsində Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev tatami üzərinə çıxıb. Məmmədəli ilk görüşdə kamerunlu Diudone Dalassemə ippon fəndi işlədərək qalib gəlib. İkinci dövrədə Serbiya nümayəndəsi Aleksandr Kukolj ilə qarşılaşan həmyerlimiz bu dəfə hakimdən aldığı xəbərdarlıqlara görə məğlub olmuş hesab edilib.

Xəbər 756 dəfə oxundu.