"Sumqayıt"ın müdafiəçisi "Neftçi" və "Xəzər Lənkəran"ın maraq dairəsinə düşüb
"Sumqayıt"ın heyətində stabil və inamlı oyunu ilə diqqət çəkən Bəxtiyar Həsənalızadə iddialı klubların da maraq dairəsinə düşüb.

"Neftçi" və "Xəzər Lənkəran" müdafiəçinin xidmətində maraqlıdır.

Lənkəran klubu, ümumiyyətlə, ötən mövsüm də Bəxtiyarı heyətinə qatmaq istəyirdi. Lakin bir məsələ var ki, Həsənalızadənin "Sumqayıt"la müqaviləsi var. Ona görə də bu futbolçunu heyətinə qatmaq istəyən şəxs ilk növbədə Sumqayıt klubunun rəhbərliyi ilə danışıqlar masasına əyləşməlidir.

Xəbər 672 dəfə oxundu.