Cənubi Koreya millisinin üzvü Premyer Liqa klubunda
İngiltərə Premyer Liqasının yeni mövsümünə uğurlu start verən "Tottenhem” transfer çalışmalarını da davam etdirir. Yay transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış, "Tottenhem” daha bir transferini rəsmən açıqlayıb. Belə ki, Premyer Liqa klubu "Bayer Leverkusen”dən Cənubi Koreya millisinin üzvü Son Min Xini transfer edib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngilislər bu transferə görə, Bundesliqa klubuna 22 milyon funt-sterlinq ödəyiblər.

Qeyd edək ki, Xin "Seul”un yetirməsdir. O, Almaniyada "Hamburq” və "Bayer Leverkusen”də forma geyinib. 2010-cu ildən Cənubi Koreya milli komandasına fəvətalan Xin, millinin heyətində 44 oyun keçirib və 11 qol vurub.

Xəbər 663 dəfə oxundu.