Dodo: "Panatinaikos"dan qorxmadıq"
"İnana bilmirəm. Bu "Qəbələ" və Azərbaycan futbolu üçün önəmli bir gün idi".

Bu sözləri "Qəbələ"nin futbolçusu Dodo Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.

Braziliyalı futbolçu komandasının qrup mərhələsinə vəsiqə qazanmağa layiq olduğunu bildirib: "Biz tarix yazdıq. "Panatinaikos"la matç bizim üçün önəmli idi. Rəqib cütün favoriti olsa da, biz onlardan qorxmadıq. Bunun üçün əsas da yox idi. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı imkan yaranmışdı. Biz də bunun öhdəsindən gəldik. "Qəbələ" buna layiq idi. "Panatinaikos" yaxşı komandadır, ancaq futbolda məğlubiyyət qaçılmazdır. Artıq qrup mərhələsindəki hədəflərimiz daha böyük olacaq".

Vurduğu iki qola da münasibət bildirən Dodo deyib: "İki qol vurduğum üçün xoşbəxtəm. Bu, komandanın qələbəsidir. Bütün komanda yaxşı çıxış etdi. Üzərimizdə böyük təzyiq var idi. Ancaq "Panatinaikos"a lazımi vaxtda qollar vurduq. Bu, çox gözəl gecə idi".

Xəbər 717 dəfə oxundu.