"Rəvan" bosniyalı futbolçunu baxışa çağırdı
“Rəvan” Topaz Premyer Liqasında yaranmış fasilədən maksimum istifadə etmək niyyətindədi. Zaqatalada təlim-məşq toplanışında olan paytaxt təmsilçisi transfer çalışmalarını da davam etdirir.

Paytaxt klubu baxışa bosniyalı futbolçu dəvət edib. “Rəvan”ın maraq dairəsində olan Semir Hadzibuliç bu gün Bakıya gələcək. 29 yaşlı yarımmüdafiəçi sabah Zaqatalaya yollanaraq, komandanın düşərgəsinə qoşulacaq.

O, toplanış çərçivəsində baş məşqçi Emin Quliyevin inamını qazanmalıdı. Bunu bacaracağı təqdirdə, Hadzibuliçlə müqavilə imzalanacaq.

Serbiyada doğulan təcrübəli futbolçu karyerası ərzində tez-tez komandasını dəyişib. “Novı Pazar”ın yetirməsi olan Hadzibuliç sonralar “BASK Beoqrad”, “Napredak Krusevaç” (hər ikisi Serbiya), “Şkendiya” (Makedoniya), “Apolonia”, “Qramozi” (hər ikisi Albaniya), “Dinamo” (Tbilisi, Gürcüstan), “Doxa Katakopia” (Kipr), “Çelik Nikşiç” (Monteneqro) və “Al Tadamon” (Küveyt) klublarında çıxış edib.

Onun sonuncu iş yeri isə Bosniya təmsilçisi “Mladost” olub.

Xəbər 655 dəfə oxundu.