"Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir” - Robert Prosineçki
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib: “Qarabağ” və “Qəbələ” klublarını uğurlu nəticə münasibətilə təbrik edirəm.

Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir. Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışın müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.

Xəbər 692 dəfə oxundu.