“Sumqayıt”ın sərt cəzaları
Az öncə xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasına uğursuz verən "Sumqayıt”da klubdaxili iclas keçirilib. Üç futbolçu – Emin Mehtiyev, Elnur Abdulov və Uğur Pamuk əvəzedici komandaya göndərilib. Adını çəkdiyimiz üç futbolçu ilə yanaşı, daha bir neçə futbolçu cəzalanıb. Belə ki, həmin futbolçular əvəzedici komandaya göndərilməsələr də, müəyyən miqdarda pul cəzasına məhkum olublar. Ümumilikdə komandanın 30%-i cəzalanıb.

Qeyd edək ki, çempionata uğursuz başlayan "Sumqayıt”ın 3 turdan sonra aktivində iki xal var.

Xəbər 688 dəfə oxundu.