“Sumqayıt”da gözlənilən iclas oldu: 3 futbolçu əvəzediciyə göndərildi
Topaz Premyer Liqasına uğursuz start verən və 3 oyuna cəmi 2 xal toplayan "Sumqayıt”da iclas baş tutubub. Klub daxili iclas dünən axşam saat 21 radələrində komandanın axşam məşqindən sonra keçirilib.

"Neftçi”yə 2-1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında baş məşqçi Aqil Məmmədov bildirdiyi kimi bir neçə futbolçu əvəzedici komandaya göndərilib. Əldə etdiyimiz bilgiyə görə, bunlardan ikisi yeni transferlər Elnur Abdulov və Emin Mehdiyevdi. Digər Cəzalanan isə Uğur Pamukdu. Uğursuzluqda adları öndə gedən hər üç futbolçu əvəzedici komandaya göndərilib.

Xəbər 702 dəfə oxundu.