Qaydasız döyüş üzrə Naxçıvan şəhər birinciliyində 50-dək idmançı iştirak edib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında gənclər arasında MMA Qaydasız döyüş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Açılış mərasimində Naxçıvan Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək idmançıları yarışın qaydaları ilə tanış edib və onlara uğurlar arzulayıb.

Naxçıvan Şərq Döyüşü Sənəti Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 çəki dərəcəsində 50-yə yaxın idmançı iştirak edib. Yarışda Əhməd Rzayev, Tofiq Əsgərzadə, Həsən Orucov, Bünyad Səttarlı, Fəxrəddin Ağayev, Rasim Hacıyev, Səyyad Məmmədov ayrı-ayrı çəki dərəcələrində birinci yerləri tutublar.

Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Xəbər 1683 dəfə oxundu.