Azərbaycanı Monakoda kimlər təmsil edəcək?
Azərbaycanı Monakoda kimlər təmsil edəcək? Bu gün saat 16:00-da Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.

Məhz həmin püşkatmadan sonra "Qarabağ"la "Qəbələ"nin qrup mərhələsində kimlərlə mübarizə aparacğı məlum olacaq. Püşkatma mərasimində Azərbaycan klublarının təmsilçiləri də iştirak edəcək. Belə ki, "Qəbələ" rəsmiləri Zaur Əzizovla Səbuhi Səfiyarlı Afinadan birbaşa Monakoya yollanıblar. Onlarla yanaşı "Qarabağ"ın rəsmiləri də mərasimə qatılacaqlar. Artıq Ağdam klubunun təmsilçiləri Əmrah Çəlikəl və Asif Əsgərov Bakıdan Monakoya doğru yola çıxıblar.

Xəbər 669 dəfə oxundu.