Türkiyə KİV-ləri "Qarabağ" və "Qəbələ"nin uğurundan yazdı
Türkiyənin nüfuzlu KİV-ləri Azərbaycan klubları "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinə biganə qalmayıb.

"NTV Spor" telekanalının saytı "Azərbaycandan tarixi uğur", "TRT Spor" telekanalını saytı isə "Qarabağ"da böyük sevinc" başlıqlı xəbərdə klublarımızın uğurundan yazıb.

Məşhur "Fanatik.com.tr" idman saytı klublarımızın oyunları barədə xəbəri "Azərbaycan futbolu dastan yazdı" başlığı ilə verib.

Bundan başqa sporx.com , spor.mynet.com, və tr.eurosport.com saytları da klublarımızın uğurundan yazıb.

Xəbər 609 dəfə oxundu.