Millimiz Ukrayna ilə heç-heçə etdi
Ukraynada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyunu keçirib.

Ukraynalı həmyaşıdları ilə qarşılaşan yığmamız qarşılaşmadan 1 - 1 hesablı bərabərliklə ayrılıb.

Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu 0:0 hesabı ilə başa çatmışdı.

Xəbər 663 dəfə oxundu.