22-ci “Polish Open” beynəlxalq turniri
Böyüklərdən və gənclərdən ibarət yığma komandamız hal-hazırda Polşanın paytaxtı Varşava şəhərindədir. Səfərin məqsədi, Varşavada təşkil edilə sayca 22-ci “Polish Open” beynəlxalq turnirdir. 29-30 avqust tarixlərində keçiriləcək G1 kateqoriyalı reytinq turnirində böyüklərdən ibarət milli komandamız 5, gənc komandamız isə 20 taekvondoçu ilə təmsil olunacaq. Kişi taekvondoçulardan Sina Bahrami (-63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq) və Ramin Əzizov -87 kq çəki dərəcəsində mübarizəyə qatılacaq.

Təlim-məşqləri başa vuran gənc millimizin oğlan taekvondoçularından 45 kq çəki dərəcəsində Cavid Məmmədov və İlham Əliyev, Qaşım Məmmədov (-51 kq), Əli Məmmədov, Fizam Mehtiyev (hər ikisi -55 kq), Kamil Abdulrazakov, Zəlimxan Rəşidov (hər ikis -63 kq), Əliəskər Əliyev (-68 kq), Həsən Məmmədov (-78 kq), Orxan Tağızadə, Hüseyn Əlizadə (hər ikisi +78 kq) qızlardan isə Röya Haçıyeva (-42 kq), Zarema Şamxalova (-44 kq), İlayda Kardelen Ciftci (-46 kq), Ceren Özbek (-49 kq),Şəms Həsənova (-52 kq), Gülhanım Yeşildal (-55 kq), Gülsüm Gültekin (-59 kq), Jalə Əsədli (-68 kq), Daria Şkürko (+68 kq) dayanq üzərinə çıxacaq.

Komandalarımız beynəlxalq yarışa, böyüklərdən İbarət komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi, əməkdar məşqçi Elnur Amanov eləcə də gənclərdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Mamed Abdullayev, böyük məşqçi Zahid Məmmədov və məşqçi müəllim Vurğun Cəfərovun rəhbərliyi ilə yollanıb. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdədir.

Xəbər 770 dəfə oxundu.