​"Young Boys"un baş məşqçisi: Oyunun əvvəlində qələbənin əldən getdiyini anladım
"Əvvəla "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk dəqiqələrindən azlıqda qaldıq. Bu vaxt artıq qələbənin əldən getdiyini anladım".

Bu sözləri Avropa Liqasının "play-off" mərhələsində "Qarabağ"a məğlub olan İsveçrə "Young Boys"unun baş məşqçisi Harld Hamperle bildirib.

Stadionun ot örtüyü ilə bağlı sualı cavablandıran mütəxəssis, hər iki tərəfin eyni meydanda oynadığını və ona görə də, bunun onlara daha çox təsir etdiyi düşünmədiyini bildirib.

Harld Hamperle, həmçinin "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo ilə bağlı sualı da cavablandırıb:

"Oyundan öncə də demişdim. Reynaldo yaxşı oyunçudur, amma biz onunla maraqlanmırıq".

Xəbər 685 dəfə oxundu.