“Bakı” yenidən Antalyaya yollanır
Bu gün yenidən bir araya gələcək “Bakı” komandası yenidən Türkiyəyə yollanacaq. İdman.com.az. saytı xəbər verir ki, hazırlıqların 2-ci hissəsi yenə də Antalyada baş tutacaq. 23 yanvar - 5 fevral tarixləri arasında ikinci təlim-məşq toplanışı planlaşdıran "Bakı" 3 yoldaşlıq görüşü keçirəcək.

Artıq rəqiblər və oyun günləri dəqiqləşib. Yanvar ayının 26-da "Bakı" Rumınıyanın "Panduri" klubu ilə, 1 fevral tarixində "Dinamo" (Minsk), 4 fevralda isə Slovakiyanın "Koşitse" klubu ilə yoxlama oyunları keçirəcək.

Xəbər 938 dəfə oxundu.