Lənkəran stadionu təmirə bağlandı
Xəzər Lənkəran" stadionu bugündən təmirə bağlanıb. Xaricdən gətirilmiş toxum və gübrənin səpilməsinə başlanılıb. Sportinfo.az-ın məlumatına görə, meydançanın tamamilə qaydasına salınması 1 ay çəkəcək. İşə yerli mütəxəssislər və İngiltərə şirkətinin nümayəndəsi nəzarət edir. Komanda sabah 19:00-da bazada bir araya gələcək. Beşgünlük istirahətdən sonra hazırlıq prosesən tədricən intensiv hal alacaq. Premyer Liqada fasilə bitənədək məşqlər ehtiyat meydançada keçiriləcək. "Xəzər Lənkəran" çempionatın qarşıdakı 2 turunu - "Qarabağ" və "Neftçi" ilə oyunları səfərdə keçirəcəyindən, əsas qazona yük düşməyəcək.

Xəbər 699 dəfə oxundu.