Almanlar "Xudafərin" üçün stadion tikəcək
Xəbər verdiyimiz kimi, növbəti mövsüm I Divizionda Cəbrayılın "Xudafərin" komandası da mübarizə aparacaq. Rəhbərlik artıq lazım olan sənədləri PFL-ə təqdim edib.

Komanda hələlik məşqlərini və oyunlarını Masazır qəsəbəsindəki "Əlincə" stadionunda keçirəcək.

Lakin əldə etdiyimiz məlumata görə, klubun gələcəklə bağlı böyük planları var. "Xudafərin" Bakıda müvəqqəti məskunlaşacaq. Komanda gələcəkdə bütünlüklə Biləsuvara köçməyi düşünür. Çünki Cəbrayıldan məcburi köçkün düşmüş 30 mindən artıq insan məhz bu rayonun yaxınlığında yerlşən şəhərcikdə yaşayır. Klub rəhbərliyi də həmin ərazidə yeni stadion tikməyi planlaşdırır. Maraq üçün deyək ki, həmin stadionu almanlar tikəcək. Niyə məhz almanlar? Çünki "Xudafərin"in prezidenti Eldəniz Həşimov uzun müddət Almaniyada yaşayıb, bu ölkə ilə sıx əlaqələri var. Elə stadionun tikintisində də bu əlaqələr öz sözünü deyəcək.

Xəbər 704 dəfə oxundu.