Qarabağın oyununa 28 min bilet satılıb
Son Azərbaycan çempionu "Qarabağ" iki saat sonra Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubu ilə cavab oyununa çıxacaq. Qarşılaşmaya maraq kifayət qədər böyükdür.

Oyunda anşlaq olması gözlənilir. Belə ki, klubun yaydığı son məlumata görə, artıq bu oyuna 28 000 bilet satılıb.

Qeyd edək ki, "Qarabağ" - "Yanq Boyz" matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Komandalar arasında Berndə keçirilmiş ilk oyunda təmsilçimiz 1:0 hesabıyla qalib gəlmişdi.

Xəbər 702 dəfə oxundu.