"Real"ın futbolçusu "Marsel"də
"Real" futbolçusu Lukas Silvanı icarəyə verib.

Braziliyalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında "Marsel"də çıxış edəcək. Bu barədə Fransa klubunun saytı məlumat yayıb.

Qeyd edək ki, L.Silva ötən mövsüm "Kruzeyro"dan "Real"a 15 milyon avroya transfer olunub.

Xəbər 708 dəfə oxundu.