"Kəpəz" dörd günlük istirahətdən sonra məşqləri bərpa edəcək. | |
"Kəpəz" dörd günlük istirahətdən sonra avqustun 28-də məşqləri bərpa edəcək. Gəncə təmsilçisi Bakıda bir araya gələcək. Gündə bir dəfə "Dalğa Arena"da hazırlıq keçəcək "sarı-göylər" avqustun 31-dən sentyabrın 4-nə kimi Yevlaxda beş günlük təlim-məşq toplanışında olacaq. Futbolçular gündə iki dəfə məşqə çıxacaq. Toplanış müddətində Gəncə komandası yoxlama oyununda da qüvvəsini sınayacaq. "Kəpəz" Yevlax şəhər stadionunda birinci divizionun təmsilçisi "Şəmkir"lə qarşılaşacaq. Bu oyun sentyabrın 4-də, saat 16:00-da başlayacaq. |
|
Xəbər 693 dəfə oxundu. |
|
|