Tadas Simaitis: Kəpəz daha da güclü olacaq
"Kəpəz"in əsas qapıçısı Tadas Simaitis Topaz Premyer Liqasının ilk üç turunda keçirdikləri oyunlarla bağlı fikirlərini açıqlayıb. O, klub saytına açıqlamasında bunları bildirib:

"Keçirdiyimiz hər üç oyunda sona qədər döyüşdük. Amma 3 xal qazana bilmədik. Ən çox "Zirə" ilə oyuna görə təəssüflənirəm. Çünki son saniyələrdə rəqibə xal verdik. Düzdür, oyunumuzda hələ də çatışmazlıqlar var. Amma inanıram ki tezliklə bundan da güclü kollektiv olacağıq. Bu oyunlarda bizə sona qədər dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onlar həqiqətən inanılmazdır. Bizi həqiqətən çox yaxşı motivasiya edirlər. Söz verirəm ki tezliklə onları qələbələrimiz ilə sevindirəcəyik".

Xəbər 745 dəfə oxundu.