Azərbaycan millisi Türkmənistanla qarşılaşacaq
Futzal üzrə Avropa çempionatının "play-off" mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək. ABU Arena-da təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu Azərbaycan millisinin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 868 dəfə oxundu.