Arif Əsədov: İki müdafiəçinin yoxluğu Qəbələ üçün ciddi itkidir
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində müvafiq olaraq İsveçrə "Yanq Boyz"unu və Yunanıstan "Panatinaikos"unu keçmək şanslarını dəyərləndirib.

"Qarabağ" səfər qələbəsi sayəsində yaxşı üstünlük əldə edib. Amma arxayınlaşmaq olmaz. "Yanq Boyz" uduzsa da, güclü komanda olduğunu göstərdi. Heyətində yaxşı futbolçuların olduğunu da gördük.

"Qəbələ"yə gəlincə, yunanların mərhələ adlamaq şansları 60-ın 40-a daha çoxdur. Lakin ev oyunundakı qolsuz heç-heçənin qəbələlilərə daha çox sərf etdiyini düşünürəm. Çünki komandamızın səfərdə vuracağı bir qol rəqib iki qolla cavab vermək məcburiyyətində qalacaq. Ona görə heç-heçə də "Qəbələ"ni növbəti mərhələyə daşıya biər".

Əsədov Cavid Hüseynov, Ürfan Abbasov və Rafael Santosun "Qəbələ"yə kömək etməməsinə də münasibət bildirib: "Cavidin yoxluğu təbii ki, sözünü deyir. O, son dövrlər yaxşı formada idi. Amma iki müdafiəçinin olmaması hazırda daha ciddi itkidir".

Azerisport.az

Xəbər 822 dəfə oxundu.