Türkiyənin "Antalyaspor” klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Yay transfer dönəmində səs küylü transferlərlə yadda qalan Türkiyənin "Antalyaspor” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Antalya təmsilçisi Kamerun milli komandasının sabiq üzvü Jean Makounun transferini həll edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Makoun daha əvvəl "Aston Villa”, "Lyon”, "Olimpiakos” kimi tanınmış klublarda forma geyinib. Kamerun millisinin üzvü "Antalyaspor”un məşhur oyunçusu Samuel Eto`O ilə birgə millidə çiyin-çiyinə oynayıb.

Xəbər 683 dəfə oxundu.