Stefanos Kotsolis: "Qəbələ"yə hörmətlə yanaşmalıyıq"
Yunanıstanın "Panatinaikos" klubunun qapıçısı Stefanos Kotsolis Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. O, bunları söyləyib:

"Bu, bizim üçün çox vacib matçdır. Çünki qarşılaşma Avroliqanın qrup mərhələsinə hansı komandanın adlayacağına aydınlıq gətirəcək. Əlbəttə, rəqib avrokubokların daimi iştirakçısı deyil. Amma biz "Qəbələ"yə hörmətlə yanaşmalıyıq. Matça maksimum yaxşı köklənməliyik ki, qrup mərhələsinə vəsiqəni təmin edə bilək".

Xəbər 653 dəfə oxundu.