“Xəzər Lənkəran” baxışda olan futbolçuları geri göndərib
Təxminən 1 həftə öncə "Xəzər Lənkəran”ın xorvatiyalı Sanin Muminoviç və serb hücumçu Milorad Janjusu baxışa gətirməsindən xəbərdarsınız. Lakin hər iki futbolçunun çıxışı məşqçiləri razı salmadığı üçün onlar geri göndərilib. Futbolçulardan birinin yerli mətbuata verdiyi açıqlamada heç bir səbəb deyilməyərək göndərildiklərini bildirmişıdi.
Əldə etdiyimiz məlumata görə, bu futbolçuların göndərilməsinə səbəb özləri olub. Belə ki, futbolçular məşqdə özlərini yaxşı tərəfdən göstərə bilməyiblər. Bir tərəfdən də, hər iki futbolçunun artıq çəkisi onların bəyənilməsinə maneə törədib.

Qeyd edək ki, "Xəzər Lənkəran” bunadək legionerlərdən yalnız Limam Seydini bəyənərək rənglərinə bağlayıb.

Xəbər 712 dəfə oxundu.