Ramil Şeydayev: "Bütün fikirlərim Rusiya ilə bağlıdır"
Azərbaycan millisində oynamaq təklifi almışdım”. Bu sözləri Rusiyanın U-21 millisinin əslən azərbaycanlı futbolçusu Ramil Şeydayev deyib. Sankt-Peterburqda anadan olan 19 yaşlı hücumçu Azərbaycan millisinə oynamaq perspektivinə aydınlıq gətirib.

Hazırda icarə əsasında “Rubin”də çıxış edən “Zenit”in yetirməsi karyerasını vətəni Rusiya ilə bağlı olduğunu bildirib: “Amma onlarla danışıqlar aparmıram. Bütün fikirlərim Rusiya ilə bağlıdı. Azərbaycan millisinə hörmətlə yanaşıram. Bu ölkə atamın vətənidi. Rusiya millisinin baş məşqçisindən dəvət gözləyəcəm. Bunun üçün nə qədər lazımdısa - 1, 2 və ya 3 il də gözləməyə hazıram”.

Qeyd edək ki, Rusiyanın U-21 yığması AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibidi.

Xəbər 695 dəfə oxundu.