"Roma" PSJ-dən Lukas Dingeni heyətinə qatıb

"Roma" PSJ-dən Lukas Dingeni heyətinə qatıb. İtaliya klubu fransalı futbolçunu icarəyə götürüb.

Müqaviləyə əsasən Lukas Dinge bir il "Roma"da çıхış edəcək. İtalyanlar buna görə PSJ-yə 2,5 milyon avro ödəyib. "Roma" gələn yay müəyyən məbləğ ödəyərək onun transferi hüququnu ala bilər.

Qeyd edək ki, Paris klubu Lukas Dingeni 2011-ci ildə "Lill"dən 15 milyon avroya almışdı. Fransa yığmasının 22 yaşlı üzvü iki mövsümdə PSJ-də 45 oyun keçirib.

Xəbər 601 dəfə oxundu.