AZAL-ın sabiq üzvü Luis Ramosun yeni iş yeri müəyyənləşib
AZAL-ın sabiq üzvü Luis Ramosun yeni iş yeri müəyyənləşib. Hondraslı futbolçu karyerasını Macarıstanda davam etdirəcək.

Belə ki, Ramos "Nyireqihaza" klubuna keçib. Bu klub Macarıstan çempionatının 3-cü liqasında çıхış edir. Luis 2007-2009-cu illərdə bu komandanın formasını geyinib.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2014/15 mövsümündə AZAL-da 10 oyunda meydana çıхaraq 711 dəqiqə oynayıb.

Xəbər 762 dəfə oxundu.