Yunanlar Panatinaikosun start heyətini açıqladılar
Yunanıstan mətbuatı "Panatinaikos"un Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı cavab oyununa hansı heyətlə çıxacağını açıqlayıb. Sözügedən olan həmkarlarımız baş məşqçi Yannis Anastasiunun ilk dəqiqələrdən bu futbolçulara güvənəcəyini iddia edirlər:

Luk Stil, Nano, Giorgos Kutrumbis, Statis Tavlaridis, Xristos Burbos, Tassos Laqos, Zeka, Daniyel Pranyiç, Satiris Ninis, Nikos Karelis, Markus Berq.

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" matçı bu gün "Apostolos Nikolaidis" stadionunda keçiriləcək. Matç Bakı vaxtilə saat 23:00-da keçiriləcək. Tərəflər arasında Bakıda keçirilmiş ilk matçda hesab açılmayıb.

Xəbər 677 dəfə oxundu.