Millimizin futbolçuları "Qarabağ"ın oyununu izləyəcək
Bu gün Avroliqanın pley-off mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" Respublika stadionunda "Yanq Boyz"u qəbul edəcək. Hazırda toplanışda olan milli komandamız baş məşqçisi Robert Proineçki ilə birgə bu matçı stadiondan izləyəcək və təmsilçimiz "Qarabağ"a dəstək olacaq.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da start götürəcək.

Xəbər 731 dəfə oxundu.