"Qəbələ"nin oyununda anşlaq olacaq
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün Yunanıstanın "Panatinaikos" klubunun qonağı olacaq "Qəbələ"nin oyununda anşlaq olacaq. Matçın keçiriləcəyi "Apostolos Nikolaidis" adına stadionda boş yer olmayacaq.

Qeyd edək ki, "Panatinaikos"un stadionu 16 500 azarkeş tutumuna malikdir.

Tərəflər arasındakı ilk oyunda qapılara qol vurulmamışdı.

Xəbər 722 dəfə oxundu.